“Minus 417” şirkəti – bu Ölü dənizin dərinliklərində zəngin olan təbiət hədiyyələrindən istifadə edən qabaqcıl İsrail kosmetikası istehsalçılarından biridir. Ölü dənizin təbii ehtiyatları əsasında kosmetik vasitələrin və müasir elmi yeniliklərin yaradılması ənənələrini öz fəaliyyətinə daxil edən bu brend 2003-cü ildə yaradılmış və çox qısa zaman ərzində müasir gözəllik sənayesində aparıcı istiqamətlərin təsisçilərindən biri kimi özünü göstərmişdir. Bu marka altında üz, bədən dərisi və saçlara qulluq üzrə bir cərgə peşəkar məhsullar istehsal olunur və bu məhsullar arasında bir çox minerallar və vitaminlərin unikal birləşməsi sayəsində əldə olunan açıq-aydın müalicəvi effektə malik məhsullar da vardır. Məhz, Ölü dənizin aktiv mineralları ilə müalicəvi bitkilərin ekstraktı və antioksidanlar kimi təbii inqredieyentlərin birləşməsi sayəsində, “Minus 417” şirkəti beynəlxalq bazarda böyük tələbat duyulan yüksək keyfiyyətli məhsulların yaradılmasına nail olmuşdur. Bu markanın məhsullarının tərkibində parabenlər və süni konservantlar yoxdur, bu da hazırki brendin məhsulunun xüsusi keyfiyyətinin göstəricisidir.