Haqqımızda

Haqqımızda

Ölü Dəniz – bu planetdə ən nadir və unikal yerlərdən biri olub, dəfələrlə kəşf etmək istədiyimiz cavanlıq və gözəlliyin bitməz-tükənməz sirrlər dəryasıdır. Yüksək keyfiyyətli kosmetika dəyərini bilənlər üçün saytımız – evdən çıxmadan Ölü dəniz kosmetikasınıəldə etməklə, bu sirrləri aça biləcək böyük imkan mənbəyidir.

Biz Azərbaycanın internet-bazarında artıq 3 ildən çoxdur ki, fəaliyyət göstəririk və İnternet-maqazinimizdə təqdim etdiyimiz bütün mallar İsrailin aparıcı brendlərinin istehsalçıları tərəfindən birbaşa göndərilir, bu haqda da alıcılarımızın əksəri əmin olmuşdur.

Bizim məqsədimiz – Sizə sirrli gözəllik dünyasında qərq olmağa imkan yaratmaqdır! Bu məqsədi həyata keçirmək üçün tərəfimizdən peşəkarlar komandası yaradılmışdır, bu komandanın tərkibində istənilən vaxt Sizə hər bir mal haqqında tam məlumat təqdim etməyə, bütün suallarınıza cavab verməyə və düzgün seçim etməkdə Sizə yardım etməyə hazır olan kosmetoloq-konsultantlar də vardır, axı Dead Sea in Baku özünün hər bir müştərisinın qayğısına qalır. Biz Sizi hər zaman ən yaxşı İsrail kosmetika məhsullarının geniş assortimenti ilə sevindirəcəyik, Sizi sərfəli qiymətlərlə, endirimlərlə, çoxsaylı promo-aksiyalar və hədiyyələrlə heyrətləndirmək xoşdur!

Bəzən ideal gözəllik ilğıma bənzəyir, lakin biz Sizə Ölü dənizin sirrlərini açmaqla, bu ilğımı həqiqətə çevirməyə kömək etməyə hazırıq!