Aksesuarlar

Gözəl və sağlam saçlar hər zaman diqqəti özünə cəlb edir və qadının özünü məftunedici və cazibədar hiss etməsinə imkan yaradır. Çox vaxt qəşəng saçlar hec də təbiətin hədiyyəsi deyil, saçlara ev şəraitində düzgün və müntəzəm baxımın nəticəsidir.

Hətta ən valehedici saçlar belə, qulluq edilməzsə, və ya qeyri-düzgün qulluq edilərsə, zəif və cansız görünə bilər. Saçlara mükəmməl və effektiv qulluq etmək üçün saç növünün düzgün təyin edilməsi zəruridir. Saçlar normal, quru, yağlı və qarışıq növlərə ayrılır. Həmçinin anlamaq lazımdır ki, saçlarınıza düzgün qulluq etmək üçün yalnız keyfiyyətli kosmetikadan istifadə etməlisiniz.